25 Fevral 2016 18:59
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Q.Qarayev prospektində qeydə alınıb.

Məlumata görə, şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Şəbnəm Həsənovaya zor tətbiq edərək, içərisində məişət əşyaları olan çantasını alıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Elşad Məmmədov və İlqar Abbasov tutulublar.

Hacı Zeynalov


Müəllif: