Bakıdan qadınları Malayziya Federasiyasına aparmaqla cinsi istismara məruz qoyan mütəşəkkil dəstənin bacısı tutulub.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Maya Yusubova həbs edilib.
Maya Yusubovanın həbs edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirib.
Maya Yusubovanın bir qrup şəxslə əlbir olaraq Azərbaycan Respublikası vətəndaşları olan qadınları cinsi istismar məqsədilə Malayziya Federasiyasının Kuala-Lumpur şəhərinə aparıb və orada insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Hacı Zeynalov