29 Fevral 2016 13:03
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə satan astaralı kişi həbs edilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Fəxrəddin Xurşudov həbs edilib.

Fəxrəddin Xurşudovun gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər