12 İyun 2014 15:13
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda ittiham olunan Bakı şəhər sakini Nərgiz Məmmədovanın məhkəməsi başa çatıb. O, özünü vəzifəli şəxs kimi təqdim edib və 10-dan çox vətəndaşı işə düzəltmək adı ilə aldadıb.

Nərgiz Məmmədova Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar ali məktəbə tələbə qəbul etdirməkdə də təqsirli bilinib. 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadıb və onun 23 min manat məbləğində pulunu alıb.

Nərgiz Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham edilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərgiz Məmmədova 8 il 6 ay müddətinə şərti cəza alıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokuror Nemət Əvəzovun imzası ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilən şikayətdə Nərgiz Məmmədovanın həbs edilməsi və 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur.

Hacı


Müəllif: