4 Mart 2016 17:24
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayonunda faciəli hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Oğuz rayon sakini Füzuli Hacıməmmədov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Qeyd edək ki, hadisə Şəki Məhkəmə Kompleksində baş verib. Martın 3-də, axşam saat 19 radələrində Oğuz rayonu Bacaq kənd sakini, 1969-cu il təvəllüdlü Füzuli Hacıməmmədovu Şəki Məhkəmə Kompleksinin həyətində elektrik cərəyanı vurub.

47 yaşlı Füzuli Hacıməmmədov hadisə yerində keçinib. Baş verən hadisə ilə bağlı Şəki Şəhər Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər