Daxili İşlər Nazirliyi istirahət günü baş verən yol qəzaları ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hadisələrdən biri martın 5-də, saat 07 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndində qeydə alınıb. Elvin Kərəliyevin və Tovuz rayon sakini Teyyub Əliyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.
Nəticədə T.Əliyevin sərnişinlərindən - həmyerlisi Ceyhun Əliyev hadisə yerində ölüb, özünə və 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Bundan başqa, Cəlilabad rayonunun Qarazəncir kəndində rayon sakini Ədalət Abuşovun idarə etdiyi “VAZ-21074” və Lənkəran rayon sakini Nurəddin Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.
Nəticədə Ə.Abuşov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Hacı Zeynalov