9 Mart 2016 14:36
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bğölməsi əməkdaşları tərəfindən martın 1-də oğurluq etdikləri üçün Cavid Sultanlı və Ziya Zamanov həbs edilib.

Onların Suraxanı rayonu, Əmircan qəsəbəsində Fərhad Cəfərovun evindən qızıl zinət əşyaları və sənəd oğurlamaqda şübhəli biliniblər.

Istintaq araşdırması zamanı Cavid Sultanlı və Ziya Zamanovun bir qrup şəxslə cinayət əlaqəsinə görərək, bir çox oğurluq hadisələri törətmələri üzə çıxıb.

Onların Bakı şəhər sakinləri Şamil Əliyev, Ceyhun Şirəliyev və Emil İsmayılovla birgə cari il yanvarın 3-dən fevralın 29-dək olan müddətdə paytaxt sakinləri T.Dalayevə, H.Həşimova, E.Lütfəliyevə və M.Ələkbərovaya məxsus evlərdən pul və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərilə Ş.Əliyev, C.Şirəliyev və E.İsmaylov tutulublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər