15 Mart 2016 13:13
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda bir neçə gün əvvəl törədilən qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Tovuz rayon sakini Qulu Alıməmmədovu qətlə yetirən şəxs müəyyən edilib.

Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Sənan Muradov həbs edilib.

Qeyd edək ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Qulu Alıməmmədov yaşadığı evdə qətlə yetirilib. Qulu Alıməmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti martın 13-də evində aşkar olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər