Daxili İşlər Nazirliyi müğənninin oğlunun qətl hadisəsi törətməsi ilə bağlı açıqlama yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə martın 15-də Bərdə şəhərində qeydə alınıb.
Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Məkan Rüstəmovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Bərdə rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Tural Allahverdiyev tutulub.
Qeyd edək ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı tanışı, 1993-cü il təvəllüdlü Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib.
Verilən məlumatlarda bildirilir ki, tanışlar arasında borc pul üstündə mübahisə baş verib. Hadisəni törədən şəxs həbs edilib.
Xatırladaq ki, qətli törərətməkdə şübhəli bilinən Tural Alahverdiyev tanınmış müğənni Vidadi Bərdəlinin oğludur.
Faktla bağlı Bərdə Rayon Prokurorlunda araşdırma aparılır.
Hacı Zeynalov