13 İyun 2014 17:38
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən Tural Quliyev, Natiq Əliyev, Ceyhun İsayev, Elnur Məlikov və onun qardaşı Emil Məlikovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxslərin Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşları həbs edib. Onlar 2013-cü il, fevralın 23-də Bakının Nizami rayonunda İdris Muradovu bıçaqla hədələyərək, 36 manat pulunu alıblar.

Elnur Məlikovun üzərinə baxış zamanı ondan 0,255 qram heroin götürülüb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində bəraət hökmü çıxarıb. Buna görə də Tural Quliyev, Natiq Əliyev, Ceyhun İsayev məhkəmə zalından azadlığa buraxılıblar. Məlikov qardaşlarında narkotik vasitə tapıldığı üçün onların hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə həmçinin cinayət işinin ibtidai istintaqını aparan Nizami rayon Polis İdarəsinin müstəntiqləri Rüfət Allazov və Əli Əhmədovun barələrində xüsusi qərar çıxarıb. Müstəntiqilərin barəsində tədbir görülməsi üçün müvafiq qurumlara göndərilib.

Hacı Zeynalov


Müəllif: