Bakının Səbail rayonunda 24 yaşlı qızı evlənmək adı ilə qaçıraraq təcavüz ediblər.
Teleqraf.com xəbər verir ki, Ucar rayon sakini, 1992-ci il təvəllüdlü M.A.-nı evlənmək məqsədilə Kənan adlı şəxs qaçırıb.
Kənan 24 yaşlı qızı rayonun Q.Abbasov küçəsində yerləşən mənzillərdən birinə gətirib. Bir müddət qeyri-rəsmi olaraq həmin evdə Kənanla yaşayan 24 yaşlı qız hamilə qalıb.
Bundan xəbər tutan Kənan adlı şəxs həm qızdan, həm də uşaqdan yaxa qurtarmaq istəyib. Buna görə də Kənan qızı aldadaraq Q.Abbasov küçəsində yerləşən 5 saylı doğum evinə gətirib. Orada işləyən Ofeliya adlı həkim tərəfindən 24 yaşlı qız abort edilib.
Kənan qızı abort olandan sonra toy edəcəyi vədi ilə aldadıb. Abortdan sonra o, qızı xəstəxanada ataraq qaçıb. Bir neçə gün qız Kənanın mobil telefonuna zəng etsə də, o gah cavab verməyib, ya da telefonu söndürüb.
Bundan sonra 24 yaşlı qız Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək, ona təcavüz olunduğunu bildirib. O, polisə Kənan adlı şəxsdən şikayətçi olduğunu da deyib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov