Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini Rəhim Mürsəlovun idarə etdiyi “BMW” və Tərtər rayon sakini Sərdar Nəcəfovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.
Nəticədə Rəhim Mürsəlov və sərnişini, həmyerlisi Kəmalə Mürsəlova xəstəxanaya yerləşdirilib. Kəmalə Mürsəlova xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov