İran əsilli iş adamı İstanbulda soyulub.
Teleqraf.com xəbər verir ki, İstanbulda yaşayan və təyyarə mühərriki idxalatı ilə məşğul olan İran əsilli iş adamı Chaba. A martın 28-də Aksarayda yerləşən valyuta dəyişmə məntəqəsində 2 milyon türk lirəsi dəyərində dollar dəyişib.
Biznesmen banka getmək üçün əvvəl tramvaya, daha sonra avtobusa minib. Şenlikköy Məscidi yaxınlığında motoskletlə biznesmenə yaxınlaşan iki əli bıçaqlı gənc içində 2 milyon türk lirəsi olan çantanı ondan alaraq qaçıb.
Bundan dərhal sonra biznesmen polisə zəng edərək, hadisə barədə məlumat verib və kömək istəyib. İş adamı ifadəsində qeyd edib ki, bankın bağlanmasına 1 saat qalırmış. Yollarda tıxac olduğu səbəbindən tramvaya minib, daha sonra isə avtobusla yoluna davam edərək banka çatmaq niyyətində olub.
Polis hadisədən dərhal sonra bölgədə olan təhlükəsizlik kameralarını incələməyə və oğurları axtarmağa başlayıb.
Cavad