5 Aprel 2016 15:11
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə sərnişin avtobusunda tütün məmulatının gətirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı sərnişin avtobusu yoxlanılıb. Yoxlamadan əvvəl sürücü şifahi sorğu-sual edilib. Onun idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, həmçinin tütün məmulatının olub-olmadığı barədə sual verilib. Vətəndaş öz növbəsində idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi heç bir predmetin, həmçinin tütün məmulatının olmadığını bildirib.

Lakin sözügedən sərnişin avtobusunda yoxlama zamanı avtobusun yataq yerinin sağ divarında olan havalandırma sisteminin arxasındakı boşluqda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 24 min ədəd “MM” adlı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər