Bakının Səbail rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Parlament küçəsi, 1 ünvanında yerləşən yarımçıq tikilidə qeydə alınıb.
Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Akif Gülhüseyn oğlu Rzayev özünü iplə asaraq ölüb. Akif Rzayevin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov