Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Nərimanov Rayon Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, Aslanov qardaşlarının cinayət işi hakim Samir Məmmədovun icraatına verilib.
Ramil və Vasif Aslanov qardaşlarının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə baxışı aprelin 13-nə təyin edilib.
Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hacı Zeynalov