15 Aprel 2016 17:42
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən növbəti əməliyyat Saatlı rayonunda keçirilib.

Teleqraf.com xəbər verir ki, idarəyə mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı rayon sakinləri əvvəllər məhkum olunan Adıgözəl Xəlilov və Elduz Novruzov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, hər iki şəxs Saatlı və ətraf rayonlardan əldə etdikləri xəstə atları kəsərək Bakı şəhərində mal əti adı altında satışını təşkil etmək istəyiblər.

Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdiyi daha bir tədbir nəticəsində isə Ağdam rayon sakini İlham Otarud saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda “Rivatril” psixotrop dərman preparatı aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin ətafında aparılan tədbirlər zamanı onun qadağan olunmuş həbləri Rəşid adlı şəxsdən aldığı məlum olub. Əməliyyat tədbirinin davamı olaraq İ.Otaruda psixotrop tərkibli dərman preparatlarını satan Bakı şəhər sakini Rəşid Ağayev də saxlanılaraq istintaqa təqdim olunub.

R.Ağayevin üzərindən əlavə olaraq külli miqdarda satışı qadağan olunmuş psixotrop tərkibli “Rivatril”, “Klonezapam” və “Relanium” dərmanları da aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər