Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1969-cu il təvəllüdlü Xanlar Əliyev intihar etmək məqsədilə qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Xanlar Əliyev ailə üzvləri tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.
Vaxtında tibbi yardım göstəridliyi üçün Xanlar Əliyevin həyatını xilas etmək mümkün olub. Xanlar Əliyevin hansı səbəbdən özünü qəsd etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov