Sabirabad rayonunda mal-qara oğurluğu edən mütəşəkkil dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Sabirabad rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Anar Şıxzadayev, Rasim Quliyev və İmişli rayon sakini Tural Qənbərəliyev tutulublar.
Onlar ötən il sentyabrın 20-dən cari il martın 14-dək olan müddətdə Sabirabad rayon sakinləri - B.Cəfərova, R.Zülfüqarova, Ş.Tağıyevaya və Y.Əhmədova məxsus həyətyanı sahələrdən ümumilikdə 35 baş qoyun oğurlamaqda şübhəli biliniblər.
Araşdırmalar zamanı Rasim Quliyevin aprelin 14-dən itkin düşmüş kimi axtarışda olması da müəyyən edilib. Bakı şəhər sakini olan Rasim Quliyev polis tərəfindən itkin düşmüş kimi axtarışda olması barədə valideynləri polisə məlumat verib.
Ötən ilin yayında Rasim Quliyevin evdən getməsinə səbəb dostu Anar Şıxzadayevin həbsdən çıxması olub. Həbsdən çıxan Anar dostuna “biznes” qurmağı təklif edib. Dostların biznesi rayonlarda mal-qara oğurluğu etmək olub.
Onların oğurluq etmələrinə şəraiti isə Anarın İmişli rayonundan olan dostu Tural Qənbərəliyev köməklik edib. Anar və Rasim avqust ayında Tural Qənbərəliyevlə İmişli rayonunda görüşüblər. Sonra dostlar Sabirabad və Saatlı rayonunda bir sıra oğurluq cinayətləri törədiblər. Onlar oğurladıqları mal-qaranı paytaxtda və Sumqayıt şəhərində sata biliblər. Əldə olunan gəliri isə aralarında bölüşdürüblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov