18 Aprel 2016 17:43
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Horadiz şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Rayon sakini Cahid İsfəndiyarlı idarə etdiyi “Mitsubishi” markalı avtomobillə orada işləyən Beyləqan rayon sakini Hikmət Məmmədzadəni vurub və idarəetməni itirdiyindən avtomobili həmkəndlisi Niyaməddin Babayevə məxsus “Mercedes” markalı avtomobilə çırpıb.

Nəticədə Hikmət Məmmədzadə hadisə yerində ölüb, Cahid İsfəndiyarlı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Füzuli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: