Bakıda 21 soyğunçuluq və quldurluq cinayəti törətmiş 40 nəfərdən ibarət 17 qrup, eləcə də mənzillərdən 45 oğurluq törətmiş 48 nəfərdən ibarət 19 cinayətkar qrup ifşa olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, 2016-cı ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 3.518 (2.933) cinayət qeydə alınıb ki, onların da 83,8%-i (2.949-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 16,2%-i isə (569-u) ağır və xüsusilə ağır növlər olub. 2015-ci ilin eyni dövrü ilə müqayisədə, qəsdən adam öldürmələr 15,8%, qəsdən sağlamlığa ağır zərər vurmalar 12,5 % azalıb, adam oğurluğu cinayəti qeydə alınmayıb.
Cinayətlərin 74,4%-nin (ötən ilin müvafiq dövründə 68,7%), ağır növlərinin 78,5%-nin (75,5%), qeyri-aşkar şəraitdə baş verənlərin 60,4%-nin (56,8%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 480 cinayətdən 93,5%-i (ötən ilin müvafiq dövründə 89,9%), o cümlədən qəsdən adam öldürmələrin 94,4%-i (100%), adam öldürməyə cəhdlərin 100%-i (100%) açılıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin açılması 5,7%, onların ağır və xüsusilə ağır növlərinin açılması 3,0%, şəxsiyyət əleyhinə olanların açılması 3,6%, qəsdən sağlamlığa ağır zərər vurmalar 7,9%, seksual xarakterli zorakılıq hərəkətləri 66,7%, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 8,8%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqlarının açılması 12,8%, xüsusi əmlak oğurluğu 5,9%, mənzillərdən edilən oğurluqların açılması 18,0%, dələduzluqların açılması 2,2%, soyğunçuluq 7,7%, quldurluq 7,7%, avtonəqliyyatın qaçırılması faktlarının açılması 7,0%, xuliqanlıqların açılması 5,6%, narkotik vasitələrlə bağlı cinayətlərin açılması 4,6%, onların satışı ilə bağlı cinayətlərin açılması 16,4%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 4,2% yaxşılaşıb.
Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olmuşdur. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 762 hadisə aşkarlanmış, kameraların arxiv görüntülərindən istifadə edilməklə 22 bağlı cinayət açılıb.
Təqsirləndirilən şəxs qismində axtarışda olan 708 nəfərdən 42,5%-i (+5,2%, 301-i), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 340 nəfərdən isə 30,9%-i tutulub (+7,1%, 105-i).
Narkotiklərlə bağlı aşkar edilmiş 351 fakt üzrə qanunsuz dövriyyədən 114 kq-dan çox (+6 kq, 108,2 kq) narkotik vasitə çıxarılıb.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 27,6%, həlak olanların sayı 46,7%, xəsarət alanların sayı 27,3% azalıb. Paytaxt ərazisində baş vermiş 123 (170) yol-nəqliyyat hadisəsində 40 (75) nəfər həlak olub, 160 (220) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hacı Zeynalov