21 Aprel 2016 11:20
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 70 yaşlı Akif Ağacanov özünü yaşadığı evdə asaraq ölüb. 70 yaşlı kişinin hansı səbəbdən intihar etdiyi bəlli deyil.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər