23 Aprel 2016 12:58
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala şəhərində vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlhamə Əbülfət


Müəllif: