Göyçay rayonu, Çayarxı kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və içərisinə yığılmış 1 ton ot yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.