24 Aprel 2016 13:20
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada keçmiş polis rəisi və ailə üzvləri qətlə yetirilib.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Samarada Sızran Rayon Polis İdarəsinin keçmiş rəisi Andrey Qoşt və ailə üzvləri öldürülüb.


Üç kişi və üç qadının cəsədi Sızran rayonunun İvaşovka kəndində aşkar edilib. Hadisə yerində xəsarət almış 7 yaşlı qız da aşkarlanıb və o, xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerində təhqiqat qrupu araşdırma aparır.


Müəllif:

Oxşar xəbərlər