26 Aprel 2016 18:59
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail Rayon Məhkəməsində “Bulaq” restoranında baş verən atışma zamanı yaralanan Fuad Əsgərov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbə verir ki, Fuad Əsgərovun vəkili Ceyhun Yusifov bildirib ki, müdafiə etdiyi şəxsin həbsi əsassızdır. O nun sözlərinə görə, Fuad Əsgərov hadisə zamanı zərər çəkib, o, dörd güllə yarası alıb.
Qeyd edək ki, hadisə aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər