19 İyun 2014 09:29
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xudatda VAZ 2106 qəza törədib, 4 nəfər xəsarət alıb.

Teleqraf.com Regional TV-yə istinadən xəbər verir ki, VAZ 2106 markalı avtomobil yolun kənarındakı daş hasara çırpılıb.

Nəticədə avtomobildə olan sürücü və 3 sərnişin müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. Hazırda fakt üzrə araşdırma aparılır.


Müəllif: