Bakının Səbail rayonunda quldurluq cinayəti baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bülbül prospekti 5 ünvanında qeydə alınıb.
Elton adlı şəxs Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Mürsəl Cabbarovu bıçaqla hədələyib və onun mobil telefonunu əlindən alıb. Mürsəl Cabbarov quldurluqla üzləşməsi ilə bağlı Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə şikayət edib.
Hazırda orta məktəbin 10-cu sinif şagirdi olan Mürsəl Cabbarova qarşı quldurluq edən Elton adlı şəxsin tutulması istiqamətində tədbirlər görülür.
Hacı Zeynalov