“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının verdiyi təqdimat təmin olunub və Məhəmməd Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.
Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Məhəmməd Məmmədov ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
Hacı Zeynalov