20 May 2016 13:47
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tikintidə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən ölüm hadisəsində təqsirli bilinən Seymur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Seymur Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Seymur Abbasovun barəsində həbs qəti imkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.

Seymur Abbasov tikintidə inşaatçı olub. Onun inşa etdiyi binada ustalardan biri yıxılaraq ölüb.

Seymur Abbasov Cinayət Məcəlləsinin 222-ci (tikinti işlərində təhlükəsizliyi pozma) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər