Gəncədə oğurluqla məşğul olan şəxslər məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Abdullayev, əvvəllər məhkum olunmuş Pərviz Quliyev, Goranboy rayon sakinləri, əvvəllər məhkum olunmuş Həsən Məmmədov, onun oğlanları Elşən və Sahil tutulublar.
Mütəşəkkil dəstə üzvləri mayın 1-də Gəncə şəhər sakini Arif Məmmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırıblar. Onların daha 3 avtomobili qaçırmaları və Həsən Məmmədovun şəhər ərazisində kirayədə yaşadığı evin həyətində hissələrə sökərək satmaları müəyyən edilib.
Hacı Zeynalov