Saatlı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Saatlı rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Famil Nərimanov və Eldəniz Nərimanov həbs edilib.
Onların həyətyanı sahələrindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi müvafiq olaraq 8 kiloqram olan 22 ədəd və 10,2 kiloqram olan 20 ədəd çətənə kolları aşkar edilib.
Bundan başqa, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Rizvan Abbasovdan 2 kiloqram 310 qram marixuana götürülüb.
Hacı Zeynalov