2 Sentyabr 2016 14:19
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqil Ələsgər


Qafqaz-University-Business-Administration-logo-en“İstək” liseyinin baş məsləhətçisi Nazim Əkbərov akademik Ramiz Mehdiyevin “Azərbaycanın həqiqi oğlu” adlandırdığı Şah İsmayılı missioner Martanın erməni kilsəsində böyüyən xristian kartı adlandırdı

Keçmişimizə təpik atandan sağlam gələcək gözləmək olarmı? Əgər biriləri “yaxşı təhsil” adı altında sənin tarixinə, keçmişinə, şəxsiyyətlərinə dil uzadırlarsa, burada məqsəd nədir?

Qafqaz-University-Business-Administration-logo-en
Məqsədi Hindistanda ingilis dilli təhsilin memarı olan Thomas Babington Macaulay, 1835-ci ildə yazdığı “Hindistandakı Təhsil Hesabatı”adlı məşhur əsərində açıqlayır: “Bizim verdiyimiz ingilis dilli təhsil, “qan və dəri rəngi baxımından Hindli” olan yerliləri “bəyənmək, qənaət, əxlaq və zəka baxımından ingilis” halına gətirəcəkdir. Bu insanlar əslində Britaniyanın maraqlarını qoruyacaq sinif təşkil edəcək, böyük və hələ də bizə boyun əyməyən bu ölkənin idarə edilməsində ingilislərə yardım edəcəklər” (Macaulay, 249).

Yəni, görünüş etibarı ilə hindli, ancaq daxilən ingilis yetişdirəcəkdilər.

Qayıdaq yenidən mövzumuza. Tariximiz təhqir edilir. Təhqir edən isə, Azərbaycan təhsilinin bu günə salınmasında başlıca səbəbkarlardan biridir. Eyni zamanda “Çağ” ikən “İstək”ə çevrilmiş Gülən məktəblərinin dəyişməz baş müşaviri Nazim Əkbərovdur.

Vaxtilə, Gülənin Azərbaycan imamı Ənvər Özərənin yanından ayırmadığı, silahdaşı, ən yaxın adamı Naxçıvanın sabiq təhsil naziri.

Gülən məktəblərində sinifdən kənar vəsait kimi nəzərdə tutulan “Zamanın axarında” kitabında Nazim Əkbərov Azərbaycan dövlətçiliyinin banisi, Səfəvilər Dövlətinin yaradıcısı Şah İsmayılı ağır həqarətlərlə “yad edir”.

Sitat: “Şah İsmayıl fenomeni xristian Avropasının, fars ideoloqlarının və rus imperiyasının ehtiyat kartı idi. Stepan Şaumyan kartı vurulan kimi ortaya Şah İsmayıl kartını atdılar. Ən faciəli hal bu idi ki, Şah İsmayılı göylərə qaldıran, portretini böyüdüb mitinqlərə, küçələrə çıxaran “Millət, millət” şüarı bağıranlar idi və məhz onların hakimiyyəti dövründə Stepan Şaumyanın heykəlinin yerinə Şah İsmayılın heykəlini oturtdular. O Şah İsmayılı ki, ortodoks kilsəsinin sadiq qulu Martanın oğlu idi. Erməni keşişlərindən tərbiyə almışdı və şeirlərində özünü Allah elan edirdi (haşa!)… (Fərrux Əkbərov. “Zamanın axarında” silsilə kitabları. Ədəbiyyatımızın tarixi və tariximizin ədəbiyyatı. III kitab.2003)

Bununla ürəyi soyumur və davam edir: “Səfəvilərin Azərbaycanda məğlubiyyətindən və Sultan Yaqubun Ərdəbili tutmasından sonra Şeyx Heydərin kiçik yaşlı (Martadan olan) üç oğlu Van gölündəki Axtamar adasında eyni adlı erməni kilsəsində gizlədildi(!?)”.

…1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicanı tərk etdi. Bir il sonra isə ordu Naxçıvan ərazisində Əlvənd Mirzənin qoşununu məğlub etdi. Onun (?) 16 minlik qoşununun 9 minini üç gürcü knyazının göndərdiyi xristian döyüşçülər təşkil edirdi. Qalan 7 minlik qoşunun tərkibi də əsasən atəşpərəst, bütpərəst və xristian qəbilə və tayfaların nümayəndələrindən təşkil olunmuşdu. Babəkin həyata keçirə bilmədiyini bu dəfə Şah İsmayılın arxasında gizlənən məkrli xristian ittifaqı həyata keçirirdi. ..

…Mən bir mətləbi anlaya bilmirəm. Yəni bizim tarixçilər və siyasətçilər o qədər sadəlövhdürlər ki, Şah İsmayılın anasının xristian missioneri olduğuna, İsmayılın erməni kilsəsinə sığınmasına əhəmiyyət verməsinlər, yaxud o qədər sklerozdular ki, bu faktı unutsunlar? Yəni bizim alimlər o qədər cahildirlər ki, on dörd yaşında uşağın xristian missioneri olan anasının və keşiş ideoloqlarının müdaxiləsi olmadan təkbaşına qocaman bir dövləti idarə etməyə qadir olduğuna inansınlar? Görəsən, bu alimlərin hansı VII sinif şagirdi olan bir uşağı dövlət başçısı kimi təsəvvür edə bilir?” (Yenə də Fərrux Əkbərovun “Ədəbiyyatımızın tarixi, tariximizin ədəbiyyatı” kitabından).

Bəli, bu iftiralar Nazim Fərrux oğlu Əkbərovun atasının adı ilə yazdığı kitablarda öz əksini tapmaqdadır. Bu kitabları “Fərrux Əkbərov” imzası ilə yazdığını da özü təsdiqləyib. Şah İsmayılın anasını xristian missioneri, özünü erməni kilsəsində gizlənən dinsiz-imansız birisi kimi təqdim edir.

Azərbaycan dövlətinin qurucusu haqqında bu sözləri yayımladıqda belə insanın içərisi dağlanır. Ancaq gerçəkliyi öz gözlərinizlə görməniz, xüsusilə də, hələ də Gülən məktəblərindən vaz keçməyənlər uşaqlarını necə bir məsləhətçisi olduğu bəlli olan bir məktəbə əmanət etdiklərini görsünlər, deyə, yayımlayırıq.

Qeyd edək ki, bu sadəcə, N.Əkbərovun mövqeyi də deyil. Fətullahçılar Azərbaycana gəldiyi gündən bəri Şah İsmayıla və ümumilikdə Azərbaycan tarixi şəxsiyyətlərinə qarşı qərəz nümayiş etdiriblər. Məsələn, “Zaman” qəzeti yazırdı: “Qərbdə Teodora və ya Feodora kimi tanınan yunan qızı Dəspinə xatun Səlcuqşah Bəyim Trabzon imperatoru IV İohannın qızı idi…

…IV İohann… qızını Həsən bəyə ərə verməyə razılıq verir, lakin bir şərtlə – Dəspinə xatun ömrünün sonuna qədər xristian dinində qalmış olsun. Həsən bəy həmin şərtə razılıq verdikdən sonra IV İohann cehiz ilə birlikdə öz keşişini də Həsən bəyin sarayına göndərir…

…Həsən bəyin Dəspinə xatundan üç qızı və bir oğlu olmuşdu. Marta (sonradan Aləmşah Bəyin adlandırılmışdı – S.O.) adlı qızını Şeyx Heydərə, yəni Şah İsmayılın atasına ərə vermişdi…

…Dəspinə xatundan olan Martanın Şeyx Heydərə ərə verilməsi xristian Avropasının planı əsasında olmuşdur.” (“Zaman” qəzetinin 29 noyabr 1995-ci il tarixli sayında dərc edilmiş “Dəspinə xatun kimdir” sərlövhəli məqalədən sitat).

nazimm

Və ən başlıcası, bütün bu yalanlarına Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin adını bulaşdırmaq istəkləridir. Məsələn, Nazim Əkbərov yazır: “…Bəziləri Prezidentə müraciət edərək, Səfəvi dövlətinin 500 illyiyni qeyd etmək təklifi də irəli sürməkdən utanmır. Yaxşı ki, Heydər Əliyev siyasi dahilik göstərərək bu məsələni sükutla qarşılayır və onların təklifinə razılıq vermir”. (Fərrux Əkbərov. “Zamanın axarında” silsilə kitabları. Ədəbiyyatımızın tarixi və tariximizin ədəbiyyatı. III kitab.2003)

Halbuki, bu tamamilə yalan və Ulu Öndərə iftiradır. Belə ki, Azərbaycanın ən ali ordenlərindən biri olan “Şah İsmayıl” ordeninin statusu və təsviri məhz 1993-cü il dekabrın 6-da, yəni prezident Heydər Əliyevin dönəmində Milli Məclis tərəfindən təsdiq edilib. Şah İsmayılın 500 illiyi də yenə Ulu Öndərin təlimatı ilə Azərbaycanda yüksək şəkildə qeyd olunub. Azərbaycan dövləti bu gün də Şah İsmayıla böyük dəyər verməkdədir. Heydər Əliyevin dönəmindən bu günə qədər Prezident Adminstrasiyasının rəhbəri olan akademik Ramiz Mehdiyevin davamlı olaraq, bu barədə məqalələrlə çıxış etməsi, bu barədə kitab yazması bir daha Azərbaycanın Səfəvi dövlətinə necə sahib çıxdığını göstərir. Məsələn, akademik Mehdiyev Şah İsmayılı belə təqdim edir: “Səfəvilər dövlətinin banisi, böyük siyasi xadim, istedadlı sərkərdə, gözəl şair və vətənpərvər, Azərbaycan xalqının həqiqi oğlu Şah İsmayıl Səfəvi (1487-1524).

Əlavə şərhə ehtiyac olmasa da, yenə də Nazim Əkbərovun diqqətinə hörmətli akademikimizin başqa bir sitatını çatdırmaq istəyirik:

“Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətini yaratmış şəxsiyyətdir. Şah İsmayıl Səfəvinin şəxsiyyətindən söhbət düşəndə həmvətənlərimizin əksəriyyəti çox vaxt onun bioqrafiyasını və şiəliyi dövlət ideologiyası səviyyəsinə çatdırmaqla bağlı fəaliyyətini xatırlatmaqla kifayətlənir, bu addımın siyasi məqsədlərini açıqlamırlar. Lakin Şah İsmayılın böyük irsi qarşısında bu dəlillər çox sönükdür, çünki bunlar onun öz xalqı qarşısındakı böyük xidmətlərini göstərməyə qabil deyildir.

Bu qeyri-adi şəxsiyyətin dövlətçilik potensialını, dərin zəkasını və uzaqgörənliyini bir məqalədə açıb göstərmək mümkün deyildir. Ona görə də bu məqalə yalnız Şah İsmayılın siyasi portretini, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin yaradılması yolunda görkəmli sərkərdə və dövlət xadimi kimi fəaliyyətini ümumi cizgilərlə də olsa, göstərmək cəhdidir”.

Bəli, Nazim Əkbərov kimi fətullahçılar qəbul etməsələr də, Azərbaycan dövlətinin Şah İsmayıla münasibəti budur. Azərbaycan dövləti hesab edir ki, “Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdır”. Bitdi!..

Təəssüf ki, tariximizə, şəxsiyyətlərimizə qarşı bu qədər mənfur münasibət bəsləyən şəxsləri hələ də qoruyanlar tapılmaqdadır. Şərur türk liseyinin önünə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bandit başçısı Eldar Mahmudovun atasının heykəlini qoyaraq, zamanında ən güclü nazirin dəstəyini qazananları bu gün də müdafiə edənlər az deyil. Eyni zamanda Türkiyədə onlara lobbilik edənlərin də bu məsələdə az xidməti yoxdur. Gülən liseyləri bağlanmadığı, sadəcə ad dəyişdirdiyi halda, “məktəblər bağlandı” yalanı həm Azərbaycan, həm də türk ictimaiyyətinə sırınmaqdadır.

“Araz” Hazırlıq Kursları “Güvən” nəşriyyatının ədəbiyyatından istifadə edən müxtəlif adlarda “Hazırlıq Mərkəzləri”nə çevrilib, Türkiyədə isə “bağlandı” bilinir.

Qafqaz Universitetinin hansı dərəcəli fətullahçı olduğu bəlli olmayan bütün türk müəllimləri göndərilir, fəqət universitetdə FETÖ-nün əsas adamlarına toxunulmur. Göndərilən türk müəllimlərin hansı Natiq Paşadan, Sənnur Əliyevdən, Təyyar Mustafayevdən, Şaiq Nəbiyevdən, Sərraf Nəzərovdan, Məmmədəli Babaşlıdan, Qahir Mikayılovdan, ibtidai sinif müəllimi olduğu halda Qafqaz Universitetinin Texnoparkına müdir təyin olunmuş İsa Qasımovdan daha böyük Fətullah Gülən sevdalısıdır?

qafqaz_dekanlar

Gülən “mənim üçün ölün” desə, adını çəkdiklərim önə atılar yoxsa Ümit İlhan, Ömer Okumuş və ya Müfide Nilay Ekermi?

Gülənin azərbaycanlı müridlərini uzaqlaşdırmadan edilən istənilən dəyişiklik fətullahçıların işinə yarayacaq. Çünki artıq Qafqaz Universiteti rektorunun “türk vətəndaşlarını uzaqlaşdırdıq” sözləri sosial şəbəkələrdə milli zəmində dəyərləndirilir və “türk düşmənçiliyi” adlandırılır. Halbuki, onlarla bərabər azərbaycanlı fətullahçıları da yola salsaydılar, kimsənin etirazı olmayacaqdı…

Nəzərə alsaq ki, illərdən bəri Gülənin müridləri Azərbaycanda bir neçə dəfə pilot mitinqlər, xalq ayaqlanması modellərini sınaqdan keçiriblər, onun türk müridlərini göndərib, azərbaycanlılara toxunmamaq ölkə üçün daha ciddi fəsad törədəcək. 2003-cü ildən etibarən dövlətin içinə ciddi sızıntılar aşkarlanmadıqca, siyasi çalxantılar zamanı onların hansı rolu oynadığı müəyyən edilmədikcə, təhlükə davam edəcək. Unutmayaq ki, Türkiyə kimi köklü dövlətin ən qapalı qurumu olan Türk Ordusuna sızmağı bacaranlar üçün Azərbaycanda hansısa hədəfi ələ keçirmək o qədər də çətin deyil. Necə ki, artıq bir sıra nazirliklərimizdə söz sahibi nazir deyil, Güləndir…


Müəllif: