24 May 2017 13:43
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirzə Fətəli Axundov adına Milli Kitabxananın açıq kitabxanasında mərhum gənc yazıçı Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçiriləcək.

Teleqraf.com-un xəbərinə görə, təqdimat mayın 27-də saat 12.00-da baş tutacaq.

Kitabın satışından əldə olunan gəlir Mövlud Mövludun övladına bağışlanacaq.

Mövlud Mövludun “Çətirsiz” hekayələr kitabı Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən 15-ci kitabdır.


Müəllif: Teleqraf.com