22 İyun 2017 15:47
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən çox şadam və çalışacağam ki, etimadı doğruldum.

Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunmuş xalq artisti Samir Cəfərov Teleqraf.com-a açıqlamasında belə deyib.

Samir Cəfərov etimada görə təşəkkürlərini ifadə edib: “Dövlətimizə və mədəniyyət nazirimizə dərin minnətdarlığımı bildirirəm. Mən çox şadam və çalışacağam ki, onların etimadını doğruldum. Gəncə çox qədim şəhərdir, həm də Bakıdan sonra ikinci böyük şəhərimizdir. Gəncədə görəcəyim işlərlə bağlı planlarım var. Burda yeni kollektivlər, yeni ansambllar yaradacağam.”

Xalq artisti Gəncənin həm də böyük kurort mərkəzi olduğunu vurğulayıb:

“Gəncə turistlər şəhəridir. Buna görə də turistlərə xidmət göstərmək ən böyük planlarımdandır. Hazırlayacağım xüsusi proqramlarla, eksklüziv konsert buraxılışları və müxtəlif maraqlı layihələrlə Gəncə şəhərinə turist axınını bir az daha sürətləndirəcəyəm”.


Müəllif: Könül Əlibəyli