6 İyul 13:28

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin növbəti qonağı tanınmış kinoaktyor və dramaturq Kamran Ağabalayevdir.

Yaxında öləcəyinizi bilsəydiniz, son dəfə:

- …nə düşünərdiniz?

- Ailəm yanımdadırsa, heç bir şey düşünməyə ehtiyac görmürəm.

- … hansı içkini içərdiniz?

- Türk qəhvəsi, orta şəkərli zəhmət olmazsa…

- …kimə nə vəsiyyət edərdiniz?

- Vəsiyyət etməyə ehtiyac yoxdur, oğullarımı istədiyim kimi tərbiyə etmişəm.

- …hansı dünyaca məşhur aktyorla görüşərdiniz?

- Baxır kim sağdır, kim yox?!

- …hansı rolu son dəfə oynayardınız?

- Həmzəni! Bəlkə sorğu- sualım o dünyada rahat keçər deyə…

- … son şəklinizi kimlə çəkdirərdiniz?

- Son fotosessiya? İstəmirəm, ehtiyac yoxdur.

- …hansı müğənnini dinləyərdiniz?

- Şnitkeni…

- …kimə və nə hədiyyə alardınız?

- Hədiyyə almağı ölümqabağına saxlamaram.

- …hansı filmə baxardınız?

- “Arxadan vurulan zərbə”.

- Son 3 kəlməniz nə olardı?

- Nigar, Müslim, Əli!


Müəllif: Könül Əlibəyli