11 İyul 2017 16:43
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənlər və İdman Nazirliyinin təşkilatçılığı, "Azəridmanservis" MMC-nin dəstəyilə Muzey Mərkəzində "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgiyə start veriləcək.

Teleqraf.com-un məlumatına görə, 21 idman növü üzrə 54 ölkənin qatıldığı, ümumilikdə 6000 idmançının yarışdığı İslam Həmrəyliyi Oyunlarına fotoqrafların gözü ilə baxmaq ideyası insanlar tərəfindən maraqla qarşılanıb.

Bu fotosərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş olunacaq.

Giriş sərbəstdir.


Müəllif: Könül