17 May 2016 12:36
587

Ötən gün Akademik Milli Dram Teatrında Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin açılışı keçirilib.

Teleqraf.com xəbər verir ki, Yaxın Şərq və MDB məkanı üzrə belə bir beynəlxalq sənət yarışması ilk dəfə ölkəmizdə gerçəkləşir.

Mərasimdə öncə Azərbaycanın ilk peşəkar balerinası Qəmər Almaszadənin səhnə və pedaqoji fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda rəqs məktəbləri və dərnəkləri ötən əsrin 20-ci illərində fəaliyyət göstərməyə başlayıb və sonrakı dövrlərdə bu sənət mühüm inkişaf yolu keçib.
1986-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakı Xoreoqrafiya Məktəbi yeni bina ilə təmin edilib.
2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyası yaradılıb.

Yarışmada 6 ölkədən - Azərbaycan, ABŞ, Rusiya, Qazaxıstan, Litva və Ukraynadan 200 rəqqas iştirak edir. Müsabiqə klassik və milli rəqs istiqamətləri üzrə qızlar və oğlanlar arasında iki yaş qrupunda (12-17 və 18-26 yaş arası) və iki turda keçirilir. İştirakçıların çıxışlarını Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Afaq Məlikova, əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Rusiyanın Xalq artisti Dikalu Muzakayev, Litvanın əməkdar artisti Petras Skirmantasdan ibarət münsiflər heyəti qiymətləndirəcək.

Müsabiqəyə mayın 19-da yekun vurulacaq.

Nərmin


Müəllif: