29 May 2016 08:05
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Muğam Mərkəzində Xan Şuşinski adına 3-cü muğam festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mərkəzdən Axşam.az-a bildiriblər ki, festival Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünasliq üzrə Elmi-Metodiki Mərkəzi tərəfində iki ildən bir təşkil olunur.

Tədbirin əvvəlində Xan Şuşinskinin həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim edilib.

Sonra Xan Şuşinski Fondunun rəhbəri və görkəmli xanəndənin qızı Bəyimxanım Verdiyeva çıxış edib.

Daha sonra münsifləri Xalq artistləri Zabit Nəbizadə, Gülyaz Məmmədova, Əməkdar Artist Firuz Səxavət olan və iki qrup üzrə keçirilən müsabiqənin qalibləri elan olunub.

Birinci qrup üzrə Qran-pri mükafatını Kanan Bayramlı, birinci dərəcəli diplomu Elnur Musazadə qazanıb. Qələm Qocamanova ikinci dərəcəli diplomla mükafatlandırılıb. Xaqani Şahbazov, Ağamusatafa Şirinov, Asif Yusifov, Rəvanə Vəliyeva və Ayan Şükürlü isə üçüncü dərəcəli diplomla təltif ediliblər.

İkinci qrup üzrə birinci yeri Elmira Hüseynova, ikinci yeri Xəyalə Hüseynova və Nuranə Tanriverdiyeva, üçüncü yeri isə Atlas Mehdiyeva tutublar.

Mükafatlandırma mərasimindən sonra "Aypara" instrumental ansamblının çıxışı olub.


Müəllif: