27 İyul 2016 14:31

İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum olunmuş daha 6 nəfər edam edilib.

Müttəhimlər, Rəhman (İdris) Fuladi, Abdulla Qadiri, Muctaba Şirxani, Əli Tələti, Çingiz Şiri və Əbdülməcid Herkuli, iyulun 27-si sübh saat 2 radələrində İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin mərkəzi zindanında dar ağacından asılıb. Hər altı müttəhim, bir gün əvvəl ölüm hökmünün icrasına hazırlıq üçün həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülmüşdü.

Son illərdə İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.


Müəllif: