30 Aprel 2017 20:26
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda farsdilli Gem TV şirkətinin təsisçisi və direktoru öldürülüb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Səid Kərimian Məslək ərazisində küveytli biznes tərəfdaşı ilə yanaşı vurulub.

Cinayətdə istifadə edilmiş avtomobil sonradan yanmış halda tapılıb.
Türkiyə polisi hadisəni araşdırır.

Hadisənin səbəbi bəlli deyil, amma BBC Farscadan Jiyar Qol deyir ki, ölümün arxasında İran kəşfiyyatının olduğuna inananlar var.

Cənab Kərimian bundan əvvəl Tehran məhkəməsində qiyabi mühakimə edilib və İran əleyhinə təbliğat ittihamı ilə 6 il həbs edilib.Gem TV xarici və Qərb şoularını farscaya tərcümə edərək İranda yayımlayır.

Gem Qrup Londonda yaradılıb və sonradan Dubayda da ofis açıb.Qrupun saytındakı məlumata görə, şirkətə 17 ədəd farsca və kürdcə, azərbaycanca və ərəbcə kanallar aiddir.


Müəllif: