20 İyun 2017 08:56
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda məscid yaxınlığında terror aktı törədən şəxsin kimliyi müəyyən edilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, terror aktını törədən şəxs 47 yaşlı Uels vətəndaşı Darren Osbornedir.

O, həbs olunarkən İslam əleyhinə şüarlar səsləndirib. "Bütün müsəlmanları öldürəcəm. Mən üzərimə düşəni etdim" deyə, Darren qeyd edib.

Qeyd edək ki, Londonda sürücü avtomobili piyadaların üstünə sürüb. Hadisə Londonun şimal-şərqində məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com