25 İyul 2017 19:59
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşner ona qarşı irəli sürülən iddiaları rədd edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Senatda çıxışı zamanı Rusiya ilə əlaqələrinin olmadığını deyib:

"Mən aydınlıq gətirmək istəyirəm: Mən Rusiya ilə danışmamışam, onlarla əlaqəm yoxdur".

Kuşner deyib ki, o, şəxsi suallar xaric, bütün lazımı informasiyaları təqdim etməyə hazırdır.

Qeyd edək ki, Kuşnerin seçkiqabağı kampaniya zamanı Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyakla görüşdüyü iddia edilir.


Müəllif: Samir