28 İyul 2017 09:50
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalar qərarı ABŞ Senatında da təsdiqlənib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, layihənin yaxın günlərdə ABŞ Prezidenti Donald Trampa təqdim ediləcəyi bildirilib.

Trampın layihəni imzalamayacağı iddia olunur.

Qeyd edək ki, iyulun 26-da ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi yeni qanun layihəsi Rusiya, İran və Şimali Koreyaya yeni sanksiyaların tətbiqinə imkan yaradacaq.


Müəllif: Samir