12 Avqust 20:57

Argentina hökuməti Venesuela prezidenti Nikolas Maduronu respublikanın ali dövlət mükafatı - “Xilaskar San-Martin” ordenindən məhrum edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Argentina hökuməti Maduronun fəaliyyətinin “Xilaskar San-Martin” ordeninin şərəfinə uyğun gəlmədiyini bəyan edib.

Argentina hökuməti N.Maduronu insan haqlarını kobud surətdə pozmaqda ittiham edir.

Qeyd edək ki, bu orden Argentinanın milli qəhrəmanı general Xose de San-Martinin şərəfinə 1943-cü ildə təsis olunub.


Müəllif: Teleqraf.com