13 Sentyabr 00:47

İspaniyada şəxsi məlumatların mühafizəsi agentliyi Feysbuk sosial şəbəkəsini 1,2 milyon avro məbləğində cərimələyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Feysbuk ölkənin şəxsi məlumatların mühafizəsinə dair qanununu pozub.

Araşdırma zamanı məlum olub ki, sosial şəbəkə istifadəçilərin şəxsi məlumatlarını qeyd edərkən onların razılığını almır və onlardan reklam kimi istifadə edir.

Agentlik həmçinin məlumatların tamamilə silinməsinə dair tələbinin də qəbul edilmədiyini bildirib.

İspaniyada şəxsi məlumatlardan istifadə ciddi cinayət sayılır.


Müəllif: Şəfiqə