16 Oktyabr 2017 08:05
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Raqqa şəhərində Türkiyə silahlı qüvvələrinin "Fırat qalxanı" əməliyyatı zamanı dirəniş göstərən İŞİD terror qruplaşması PKK-nın bir qolu olan PYD-yə qarşı müqavimət göstərmədən şəhəri tərk edib.

Teleqraf.com xəbər verir ki, Pentaqonun dəstəyilə Raqqaya hücum edən PYD asanlıqla şəhərə nəzarəti ələ alıb. Halbuki, Türkiyə kimi güclü dövlətin ordusu bu şəhərə girə bilmirdi.

Türkiyə mətbuatı yazır ki, PYD-nin Raqqa əməliyyatı ABŞ-ın diqtəsilə həyata keçirilib və öncədən tərəflərlə sövdələşmə əldə olunub.

Qeyd olunur ki, ABŞ daha öncə PYD-yə 1.500 TIR silah-sursat göndərib.


Müəllif: Ruslan