6 Dekabr 23:36
91

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

D.Tramp qeyd edib: "Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb".

Qeyd edək ki, daha öncə Ağ Evin nümayəndəsi bildimişdi ki, prezident Donald Tramp dekabrın 6-da ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verəcək.


Müəllif: Teleqraf.com