15 Dekabr 2017 08:52
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Liderlər iki ölkə arasındakı münasibətləri və Koreya problemi daxil olmaqla beynəlxalq məsələləri müzakirə ediblər.

Tramp dünən Moskvada keçirilən Rusiya prezidentinin ənənəvi illik mətbuat konfransında ABŞ-ın iqtisadi inkişafını etiraf etdiyi üçün Putinə təşəkkür edib.


Müəllif: Samir