17 Yanvar 2018 23:00
1 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında 13 uşağı çarpayıya zəncirləyərək ac saxlayan cütlük saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, polis evdən qaçmağı bacaran 17 yaşlı qızın sayəsində uşaqların girov saxlandığı evi tapıb. Gənc qız ata və anasının özü ilə yanaşı 12 bacı-qardaşını ac saxladığını deyib.

57 yaşlı David Allen Turpin və 49 yaşlı Lous Anna Turpinin evində 2-29 yaş arasında 13 uşaq tapılıb. Polis uşaqları üfunət iyi gələn evdə zəncirlənmiş vəziyyətdə tapdıqlarını açıqlayıb. Qonşular cütlüyün qapalı olduğunu və heç kəslə əlaqə saxlamadıqlarını deyiblər.

David Allen Turpinin Kaliforniya Təhsil Nazirliyinin saytındakı informasiyalara əsasən özəl məktəblərdən birinə rəhbərlik etdiyi məlum olub. Cütlüyün feysbuk səhifəsində uşaqlarla birlikdə qatıldıqları yığıncaqlardan fotoşəkillər paylaşdığı üzə çıxıb.


Müəllif: Kəmalə